23.07.2025, 10:21
AZ EN
22.07.2025, 16:48 139

Kitabxanada Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb

XƏBƏRLƏR
  • İyulun 22-də Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisi açılıb.

Bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Azərbaycan mətbuatının keçdiyi tarixi yola nəzər salıb. Diqqətə çatdırıb ki, Milli Kitabxananın arxiv fondunun mühüm bir hissəsini dövrü mətbuat nümunələri təşkil edir.

Digər natiqlər də çıxışlarında Həsən bəy Zərdabinin irsindən və müasir dövrdə medianın üzərinə düşən vəzifələrdən bəhs ediblər.

Tədbirdə həmçinin “Milli Mətbuat Günü” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Əkinçidən başlanan yol”, “Ümummilli Lider Heydər Əliyev və Milli mətbuat”, “Milli mətbuatımızın banisi - Həsən bəy Zərdabi”, “İlk milli mətbuat”, “Qərbi Azərbaycanda ilk Azərbaycan mətbuatı”, “Nəşrlər”, “Yubiley medalı”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunub. Materialla linkindən istifadə edərək tanış olmaq mümkündür.

Sonda qonaqlar “22 iyul- Milli Mətbuat Günü” adlı kitab sərgisi ilə tanış olublar.

Sərgidə Azərbaycan milli mətbuatının inkişaf mərhələlərinin bütün dövrlərini əks etdirən kitablar, “Əkinçi” qəzetinin və eyni zamanda XX əsrin əvvələrində çap olunmuş müxtəlif qəzet və jurnalların nüsxələri, görkəmli jurnalist və publisistlərin, mətbuat xadimlərinin əsərləri, nadir arxiv materialları, həmçinin Azərbaycan mətbuat tarixini əhatə edən elmi – tədqiqat işləri, biblioqrafiyalar nümayiş olunub. (AZƏRTAC)

Oxşar xəbərlər