Təqdimatda sənət adamları, ictimai nümayəndələr, şəhid ailələri iştirak edib.
Böyük bir heyətin yer aldığı “Atamın kölgəsində” filminin yaradıcı heyəti səhnəyə çıxaraq filmin şəhid ailələrinə və onların övladlarına ithaf olunduğunu qeyd edib. 44 günlük savaşda canlarından keçən şəhidlərimiz və onların ailələrində yaşanan bu kədərli hadisənin bir hissəsini ekranlara daşımanın məsuliyyətindən danışıblar.
Film 44 günlük Vətən Müharibəsində atasını itirən bir oğlanın həyatından bəhs edir. Şəhid ailələrində yaşanan ağrılar, acıların bir qismi filmdə öz əksini tapıb.
Filmin layihə rəhbəri Həmid Həsənzadədir. Nümayiş böyük rəğbətlə qarşılanıb. (Report)