Bu həftə “Danışır Şuşa!”da şairə, bəstəkar, bloqqer Zəhra Bədəlbəyli Şuşa ilə bağlı hazırda üzərində çalışdığı yeni layihəsi barədə danışacaq.
Azərbaycan Respublikası Mədəniyyət Naziriliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, Qorunması və İnkişafı üzrə Dövlət Xidməti, AzerNyuMedia Şirkəti və Avto FM-in birgə layihəsi olan Azman Holdinqin sponsorluğu ilə yayımlanan “Danışır Şuşa” layihəsi hər həftənin cümə günü öz işini 107.7FM dalğasında davam etdirir. Bu günə qədər layihənin 10-a yaxın buraxılışı təqdim olunub. Beş rubrukadan – “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” rubrikalarından ibarət olan layihə əslində Şuşa haqqında məlumatlar, əhvalatları özündə əks etdirir. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş “Şuşa söhbətləri” layihəsinin tərkib hissəsidir. Bu günə qədər “Danışır Şuşa!”nın mikrofonu önündə Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar memar Ədalət Məmmədov, Əməkdar artist Tahir İmanov, tarixçi Faiq İsmayılov, Xan-Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva və digərləri çıxış ediblər.
Qeyd dək ki, “Danışır Şuşa!” layihəsinin sponsoru şəhid və qazilər ailələrinə xüsusi diqqəti və qayğısı ilə seçilən çoxprofilli "AzMan Holdinq" şirkətidir. (mct.gov.az)