Azərbaycan və Özbəkistan ədəbiyyat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyin direktoru, akademik Rafael Hüseynov, özbək şairə Xosiyat Rüstəm çıxış ediblər.
Bildirilib ki, nəşrdə Xurşidbanu Natəvanın əsərləri həm Azərbaycan, həm də özbək dilində təqdim olunub. Bundan başqa, şairənin irsi, əl işləri, çəkdiyi rəsmlər kitabda öz əksini tapıb. Kitab “Şuşa İli” münasibətilə nəşr edilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin stendi təşkil edilib. Stenddə Azərbaycana dair özbək dilinə tərcümə edilmiş nəşrlər sərgilənir.
Mina RƏŞİD