Yüksək ideya və dərin məzmununa görə tərbiyəvi əhəmiyyət daşıyan səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadır.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyilli olan ziyalıların səhv yol tutması tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu Vətən ideyası ətrafında birləşməkdir.
Hazırladı: Mina RƏŞİD