19.05.2024, 05:34
AZ EN
29.12.2022, 11:40 182

Ağdam Muğam Mərkəzində kitab təqdimatı

XƏBƏRLƏR
  • Ağdam Muğam Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Valehin 300 illik yubileyinə həsr edilmiş “Qarabağdan səfər etdim” adlı kitabın təqdimat mərasimi keçirilib.

Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, kitabın müəllifi Almara Nəbiyeva, AMEA-nın Folkor institutunun, Aşıqlar Birliyinin üzvləri, Aşıq Valeh nəslinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əməkdar Mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənlinin moderatorluğu ilə keçirilən  tədbirdə çıxış edən natiqlər Azərbaycanda aşıq sənətinin inkişafına göstərilən dövlət qayğısından, Qarabağın ustad sənətkarı Aşıq Valehin həyat və yaradıcılığından geniş şəkildə danışıblar.

Tədbirin bədii hissəsində aşıqlar tərəfindən ustad sənətkarın sözlərinə yazılmış mahnılar və aşıq musiqiləri iştirakçılara təqdim edilib. Mərasimin sonundan RİH başçısı Vaqif Həsənov tərəfindən qonaqlara təşəkkürnamələr təqdim edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər