14.07.2025, 14:16
AZ EN
14.07.2025, 09:27 159

“Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit” adlı kitab çap edilib

XƏBƏRLƏR
  • AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru Vüqar Əhmədin “Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit (XIX əsr – XX əsrin əvvəlləri)” monoqrafiyası çapdan çıxıb.

Bu barədə institutdan məlumat verilib.

Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadənin ön söz yazdığı bu kitabın rəyçiləri dosentlər Gülbəniz Babayeva və Səbinə Əhmədovadır.

Monoqrafiyada XIX əsr – XX əsrin əvvəlləri Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühitin təşəkkülü, formalaşması və inkişaf yolu tədqiq olunub. Həmin dövrlərdəki ədəbi məclislər, bu məclislərdə formalaşan söz sənətkarlarının yaradıcılığı təhlil edilir. Tədqiqat Qərbi Azərbaycan, Cənubi Azərbaycan, Kərkük, Naxçıvan, Qazax-Borçalı, Bakı, Şəki, Gəncə, Qarabağ, Şamaxı, Dərbənd, Quba, Lənkəran və digər coğrafiyalarda ədəbi mühitlə bağlı fikir formalaşdırır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər