22.11.2024, 12:00
AZ EN
15.08.2023, 16:41 349

Laçında yay düşərgəsi başa çatıb

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş Laçında teatr və kino xadimlərinin iştirakı ilə yay düşərgəsi başa çatıb. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi təlimlərindən keçən tələbə və məzunlarının da qatıldığı 20 günlük yay düşərgəsində üç tamaşa hazırlanıb. Məqsəd işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq tamaşalar hazırlamaq, doğma torpaqlarımızda milli mədəniyyətimizi inkişaf etdirməkdir.

İyulun axırlarından başlayan yay düşərgəsi Əməkdar artist Nicat Kazımovun quruluşunda Cəfər Cabbarlının "Sevil", rejissor Ceyhun Dadaşovun quruluşunda Maksim Qorkinin "Danko haqqında əfsanə" və Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin Jan-Pol Sartrın "Son xətt" tamaşalarının premyerası ilə yekunlaşıb. 

Qeyd edək ki, həmin  tamaşalarda ADMİU-nun SABAH qrupları və Teatr sənəti fakültəsinin tələbə və məzunları Aslanlı Nihad, Qasımova Gülçin, Ağayev Nurlan, Rəfiyev Məmməd, Səmədli İlqar, Nurəliyev Elçin, Səbinə Hüseynova, Günəş Bağırsoy, Ayşən Əsədova iştirak ediblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR