Materialda görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətləri, bəstələdiyi müsiqi əsərləri, uşaqlar üçün yazılan ilk böyük səhnə əsəri “Qaraca qız” baletinin müəllifi olması qeyd edilir. Virtual kitab sərgisində zəngin yaradıcılığa malik Əşrəf Abbasovun müəllifi olduğu mahnı və romanslar, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün bəstələdiyi əsərlər haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Xalq artistinin həyatı, yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar, müxtəlif janrlı not-musiqi əsərləri, filmlər və tamaşalar üçün bəstələdiyi not məcmuələri, onun haqqında dövri mətbuatda çap olunan məqalələrdən nümunələr nümayiş olunur. (AZƏRTAC)