Əvvəlcə çıxış edən Mülki Aviasiya Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində daha böyük uğurlar qazandığını bildirib.
Vurğulanıb ki, bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət edən Heydər Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin ən mühüm hissələrindən biri də Azərbaycan dövləti və xalqımız üçün çox böyük və zəruri əhəmiyyət kəsb edən mülki aviasiya olmuşdur. Azərbaycan Mülki Aviasiyası onun diqqətindən heç vaxt yayınmamışdı.
Tədbirdə çıxış edən digər natiqlər “Heydər Əliyev və Azərbaycan Mülki Aviasiyası-100" kitabının məziyyətlərindən danışıblar.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub. (AZƏRTAC)