17.06.2025, 14:00
AZ EN
24.10.2022, 12:28 516

Zəngilan rayonu haqqında videoməlumat təqdim edilib

XƏBƏRLƏR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının müdiri Pəri Paşayeva tərəfindən Zəngilan rayonu ilə bağlı videoməlumat hazırlanıb.

Baş İdarədən bildirilib ki, videoməlumatda Zəngilan döyüşlərinin İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biri olduğu və azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağının sancıldığı qeyd olunub.

Videoməlumatda bildirilib: “2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb və ağaclar məhv edilib”

AZƏRTAC

Oxşar xəbərlər