Qeyd edək ki, kitab “Ələsgər ocağı” şeirlər toplusunun 1991-ci ildəki nəşri əsasında kiril əlifbasından latın əlifbasına çevirilərək yenidən nəşrə hazırlanıb.
Kitabda Aşıq Ələsgər ocağının ən istedadlı nümayəndələrinin – tanınmış aşıqların və el şairlərinin əsərlərindən seçmələr toplanıb. Bunlardan Ələsgərin atası Alməmmədin, qardaşı çoban Məhəmmədin, qardaşı oğlu məşhur Növrəs İmanın, oğlu Talıbın, nəticəsi İsmixanın və başqalarının adlarını nümunə gətirmək olar.
Xatırladaq ki, sözügedən layihənin icra müddəti 3 ay idi. Layihə çərçivəsində Aşıq Ələsgər və onun şəcərəsinin ədəbi irsinin daha dərindən öyrənilməsi üçün “Dədə Ələsgər Ocağı” adlı kitabın nəşr edilməsi də nəzərdə tutulmuşdu.
Mina RƏŞİD