Bu barədə filmin ssenari müəllifi və rejissoru Xəyal Rza məlumat verib. Beş hərbçinin kəşfiyyat xarakterli əməliyyatına həsr edilən film bəşəri ideyalara əsaslanır. Əməliyyat zamanı düşmən uşağını xilas edən Namazov qəhrəmancasına şəhid olur.
Filmin çəkilişləri Şabran rayonunun Pirəbədil, Çinarlı, Qorğan kəndlərində və Bakı şəhərində həyata keçiriləcək.
Ekran əsərində komandir obrazını Xalq artisti Məmməd Səfa, Namazov obrazını isə Bələdiyyə Teatrının aktyoru Toğrul Rza canlandıracaq.
Filmin bədii rəhbəri görkəmli kinorejissor, xalq aristi Oktay Mir-Qasım, texniki məsləhətçisi tanınmış kinooperator Rafiq Əliyev, quruluşçu operatoru Məmməd Əmindir.
Hazırladı: Mina RƏŞİD