Festival çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü olduğuna dair beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri keçirilib. “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasında olan qurama nümunələri və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işləri nümayiş etdirilib.
Qeyd edək ki, 2020-ci ilin dekabr ayından başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan "Qurama" sənətinin yenidən bərpa olunmasına start verilib. Qurama sənətinin bərpası layihəsinin uğurlu nəticəsi olaraq gələcəkdə "İçərişəhər" DTMQİ-nin “gurama.az” brend məhsullarının hazırlanması da nəzərdə tutulub.
Hazırladı: Mina RƏŞİD