19.09.2024, 16:29
AZ EN
18.09.2024, 13:54 223

Şuşa rayon MK-da “Milli Musiqi Günü"nə həsr edilmiş tədbir keçirilib

XƏBƏRLƏR
  • Qarabağ Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mərkəzi kitabxanasında Milli Musiqi Günü münasibətilə "Üzeyir musiqi günü" adlı ədəbi-bədii gecə keçirilib.

Gecəyə Şağan Mədəniyyət Mərkəzinin kollektivi dəvət olunub.

Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın Abonement bölməsinin müdiri Elmira Abdullayeva açaraq Üzeyir Hacıbəylinin Azərbaycan və dünya mədəniyyətinə verdiyi tövhəsindən danışıb. Sonra Sağan Mədəniyyət Mərkəzinin mədəni kütləvi tədbirlər üzrə təşkilatçısı Kəmalə Mustafayeva "Üzeyir musiqisi" mövzusunda söhbət aparıb.

MKS-nin 1saylı Şəhər filialının müdiri Nuranə Muxtarova iştirakçıları salamladı. Sonra Ü.Hacıbəylinin əsərlərindən musiqi parçaları səsləndirildi. Xalq mahnılarımız ifa olundu. Sonda Kərim və Kənan Yusifzadə qardaşları "Azərbaycan oğluyam" mahnısını ifa etdilər.

Dahi Üzeyir bəyə və musiqi gününə həsr olunmuş tədbir alqışlarla sona çatdı və tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR