22.12.2024, 23:20
AZ EN
20.06.2024, 13:24 320

“Sözün, sazın kəlağayılı Güllüsü” adlı kitab çap edilib

XƏBƏRLƏR
  • Araşdırmaçı yazar Vaqif Osmanlının “Sözün, sazın kəlağayılı Güllüsü” kitabı çapdan çıxıb. “Elm və təhsil” nəşriyyatında çap edilən kitabın rəyçisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğludur. Kitabın Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 10 illiyi ərəfəsində işıq üzü görməsi də əslində kəlağayını başa tac edənlərə dəyərli hədiyyədir. Kəlağayının təbliğində, milli dəyər kimi dünyaya tanıdılmasında Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeyevanın Azərbaycan mədəniyyətinə misilsiz xidməti danılmazdır.

2024-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyinin “Azərbaycan Kəlağayılarının təbliği” layihəsi çərçivəsində Vətənimizin müxtəlif bölgələrində, azad Şuşada tədbirlər keçiriləcək.

Qeyd edək ki, “Sözün, sazın kəlağayılı Güllüsü” adlı bu kitab şair, publisist, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, ilk şəxsi “Kəlağayı Muzeyi”nin direktoru Güllü Eldar Tomarlının ömür yoluna bir baxışdır.

Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü, kitabın redaktoru Lalə İsmayılın mətbuata bildirdiyinə görə Vaqif Osmanlı yazılarında Güllü xanımın vətənpərvərliyini, insansevərliyini önə çəkir ki, Vətənə belə analar, bacılar lazımdır. Vətən belələrinin sayəsində ana Vətənə dönür. Vətənin dar günündə də, şad günündə də ömrünü xeyirxahlığa, mərhəmətə həsr edən Azərbaycan xanımıdır Güllü xanım. Güllü xanımın rəhbərlik etdiyi İctimai Birliyin keçirdiyi şəhidlərin anım tədbirləri, qazi yazarların kitab təqdimatları, “Sazlı, Sözlü Kəlağayı Günləri”, respublikada ilk “Kəlağayı Festivalı”, qazi və şəhid oğulların tanıdılmasına, Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliğinə xidmət edir. Kitabın müəllifi də belə tədbirlərin mənəvi, tərbiyəvi önəmini xüsusi vurğulayır. Çünki Vaqif müəllim də Vətən, millət, yurd,  mənəviyyat məsələlərinə həssas yanaşan  söz, fikir adamıdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər