19.09.2024, 16:31
AZ EN
03.06.2024, 12:13 308

Bu gün Xalq artisti Mikayıl Mirzənin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Xalq artisti Mikayıl Şahvələd oğlu Mirzəyevin doğum günüdür. O, 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. M.Mirzəyev Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.

Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Mikayıl Mirzə teatrda Qoca (L.Frank, "Yad adam"), Eyvaz, Muratov (İ.Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H.Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sahir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B.Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A.Şaiq "Fitnə") rollarını ifa edib.

Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb. O, iki çağırış 1995-2000-ci və 2002-2005-ci illərdə Milli Məclisin deputatı seçilib. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib.

Aktyor “Babək”, “Dədə Qorqud”, “Günahsız Abdulla”, “Qatır Məmməd”, “Yeddi oğul istərəm” kimi filmlərdə də müxtəlif yaddaqalan obrazlar yaradıb.

Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR