Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra tədbir iştirakçılarına Süleyman Ələsgərovun həyat və yaradıcılığı haqqında məlumat verilib, ona həsr edilmiş videoçarx nümayiş etdirilib. Daha sonra məktəbin şagirdləri Süleyman Ələsgərovun və digər yerli və xarici bəstəkarların əsərlərini ifa ediblər.
Tədbirin sonunda Bülbül adına orta ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən, Süleyman Ələsgərovun 100 illik yubleyinə həsr olunmuş Respublika Müsabiqəsində fərqlənmiş şagirdlərə və onların müəllim və konsertmeysterlərinə fəxri fərmanlar təqdim edilib.
Hazırladı: Mina RƏŞİD