Reza Deqati Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalından fotolar paylaşıb
XƏBƏRLƏR
Dünyaşöhrətli fotoqraf Reza Deqati rəsmi instaqram səhifəsində Azərbaycanın dilbər guşəsi Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalından fotolar paylaşıb.
Reza Deqati paylaşımında yazıb: “Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğaldan və dağıntılardan sonra Qarabağda, Şuşada həyat yenidən canlanır. Fransa da Beynəlxalq Kulinariya Festivalında iştirak etdi”. (AZƏRTAC)