06.02.2026, 13:01
AZ EN
06.02.2026, 11:32 102

Vətən Müharibəsi iştirakçılarının əsərlərindən ibarət kitab çap edilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" adlı layihə çərçivəsində yeni kitab çap olunub.

"Qəlb cəbhəsi" adlanan kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı olan yazarların əsərləri toplanıb. 

"Elm və təhsil" nəşriyyatında çap olunan kitabın eksperti, şair-publisist, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru DGTYB-nin İdarə Heyətinin üzvü, gənc türkoloq Məleykə Mirzəli, tərtibçiləri və dizayneri DGTYB İdarə Heyətinin üzvləri Ayşən Rəhim, Şükür Əli və Sərvər Kamranlıdır.

Kitabın tezliklə Bakıda, Qubada və Sumqayıtda geniş ictimaiyyətə təqdimatı nəzərdə tutulur.

Mina RƏŞİD

Oxşar xəbərlər