17.06.2025, 10:03
AZ EN
24.04.2024, 07:54 438

Azərbaycanda ilk dəfə “Kəlağayı Festivalı” keçiriləcək

XƏBƏRLƏR
  • Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə 27 apreldə “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq respublikamızda “Kəlağayı Festivalı” keçiriləcək.

Festival Xətai rayonunda Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda olacaq. Saat 11: 00-dan 12:00 -a qədər sərgi ilə tanışlıq, saat 12:00 -da rəsmi açılış, sonra möhtəşəm konsert proqramı təqdim ediləcək. Konsertdə dövlət qurumları, KİV nümayəndələri, tanınmış müğənnilər, aşıqlar, şairlər iştirak edəcək. Tədbir el bayramı səviyyəsində keçiriləcək. Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının kəlağayılarının nümayişi və satışı da təşkil olunacaq. 

Qeyd edək ki, kəlağayımız 2014- cü ildə Azərbaycan Respublikasının  birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək. Bütün bu işlərin yekunu olaraq 26 Noyabr “Azərbaycan Kəlağayısı Günü”ndə möhtəşəm tədbir keçiriləcək.  

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər