Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və İdarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib. Unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilmiş festival hazırda müxtəlif tədbirlərlə davam edir.
Festival çərçivəsində “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarlarının əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə, qurama sənətkarları ilə yanaşı həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi kimi çoxşaxəli proqram həyata keçiriləcək.
Qeyd edək ki, İçərişəhərdən başlayan II Milli Qurama Festivalı Bakı və bölgələri əhatə edəcək.
Hazırladı: Mina RƏŞİD