Ölkəmizin muzey tarixində təsviri sənət sahəsində ilk dəfə taktilliyin (toxunma və ya dəri vasitəsilə alınan informasiya-red) tətbiq olunduğu bu layihə muzeydə davam edən "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisi çərçivəsində həyata keçirilib.
Burada Mirzə Qədim İrəvaninin (XIX əsr rəssamı) bir neçə məşhur rəngkarlıq və qrafik portretlərinin və rus rəssamı Nikolay Qruşevin “İrəvan Sərdar məscidi” əsərinin relyef modelləri nümayiş olunub, eyni zamanda, əsərlər haqqında məlumat Brayl əlifbası ilə təqdim edilib.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən fiziki məhdudiyyətli şəxslərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində davamlı layihələrin həyata keçiriləcəyi və muzeyin daimi ekspozisiyasının da yaxın gələcəkdə onlar üçün uyğunlaşdırılacağı vurğulanıb.
Hazırladı: Mina RƏŞİD