- Məlum olduğu kimi, ölkə başçısı Prezident İlham Əliyev dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncama əsasən Əməkdar incəsənət xadimi, professor, yazıçı-ssenarist Əli Əmirli və Əməkdar artist, professor Azad Şükürov da təltif ediliblər.
Qeyd edək ki, tanınmış yazıçı Əli Əmirli Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdünə, Azad Şükürov isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Onu da bildirək ki, hər iki sənətkar Ağdamda doğulub boya-başa çatıb.
Mina RƏŞİD