Zöhrab Adıgözəlzadə Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərinin ən məharətli ifaçılarından olmuşdur. O, Azərbaycan fortepiano məktəbini bir çox ölkələrdə uğurla təmsil etmişdir.
1990-cı ildən ömrünün sonunadək o, Türkiyədə, Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Görkəmli pedaqoqun beynəlxalq festival və müsabiqələrdə iştirak edən tələbələri Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa edirlər.
Sənətkar milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Əməkdar Artist, 1981-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Professor Zöhrab Adıgözəlzadə 2012-ci ildə mayın 24-də Bakıda vəfat edib. Onun işıqlı xatirəsi həmişə yaddaşlarda yaşayacaq.
Hazırladı: Mina RƏŞİD