Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 2023-cü il martın 16-da 8 nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Rayon prokuroru, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxsləri iştirakı edib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinn başçısı çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün yaşayış məntəqələrində vətəndaşlarla səyyar görüşlər keçirilir.
Səyyar qəbulda qəsəbə sakinlərinin müxtəlif sahələrlə bağlı olan müraciətləri dinlənilib. Müraciətlərlə bağlı aidiyyəti şəxslərin iştirakı ilə müzakirələr aparılıb və hüquqi izahatlar verilib. Sakinləri narahat edən problemlərin bir qismi nəzarətə götürüldü və aidiyyəti qurumlara ciddi tapşırıqlar verildi.
***
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan Mədəniyyət Sarayında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir
Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Tahirə AĞAMİRZƏ