22.11.2024, 03:15
AZ EN
17.06.2022, 14:45 407

Türkiyəli səyyah: "Ermənilərin törətdiyi dağıntılar dəhşətlidir"

XƏBƏRLƏR
  • “Azad edilən ərazilərdə gördüklərim mənim üçün böyük təcrübə oldu. Dağıntıları görəndə məyus oldum. Kaş ki, bunu hamı görərdi”.

Bunu Kəlbəcərdə səfərdə olan türkiyəli səyyah Uğur Demircan deyib.

O, Türkiyə ictimaiyyətinin Qarabağ həqiqətləri barədə çox məlumatlı olduğunu, baş verənləri yaxından izlədiklərini bildirib: “Bu gün işğaldan azad edilən yerləri abadlaşdırıb gözəlləşdirməyə çalışırlar. İşğal dövründə burada hər hansı iş görülməyib. Mən burada belə vəziyyətlə qarşılaşacağıma inanmırdım. Erməni işğalından sonra bu torpaqların bu vəziyyətə gətiriləcəyini düşünmürdüm. İndi hər şeyi gözümlə gördüm. Burada dəhşət yaşadım. Ağdam kimi şəhər işğal edilib, elə vəziyyətdə saxlanılıb. Burada sual yaranır ki, yaşamayacaqdınızsa, buranı bu vəziyyətdə saxlayacaqdınızsa, niyə işğal etmişdiniz? İndi Kəlbəcərdəyəm. Fikirləşirdim ki, ermənilər buranı işğal edibsə, burada yaşayıblar. Burada əkinçiliyə yararlı torpaqlar çoxdur. Amma illərdir bu torpaqlar baxımsız qalıb. Artıq Azərbaycan bu torpaqlarda qurub-yaradır. İnşallah, burada, azad edilən digər ərazilərdə böyük işlər görüləcək. Buralar turizm üçün çox əlverişli ərazilərdir. Ümid edirik, yaxın gələcəkdə gözəl turizm bölgəsinə çevriləcək”. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR