13.07.2025, 06:31
AZ EN
02.01.2024, 19:55 296

Şəhid atası: Muradın həlak olması onun Vətənə uzun illər xidmət etmək arzusunu yarımçıq qoydu

XƏBƏRLƏR
  • Murad Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində fəal iştirak etmişdi. Müharibə zamanı yaralanıb hospitalda aparılsa da, müalicəsinin tam başa çatmasını gözləmədən silahdaşlarının yanına qayıtdı. Dedi ki, dostlarım güllə altındadırlar, onları tək qoya bilmərəm. Ən təhlükəli tapşırıqların icrasından, hətta iki ağır döyüşdən qurtulub salamat qayıtsa da, 2021-ci il noyabrın 30-da baş verən helikopter qəzasında şəhid oldu. Faciəvi hadisə onun Vətənə uzun illər xidmət etmək arzusunu yarımçıq qoydu.

Bunu Dövlət Sərhəd Xidmətinin şəhid mayoru Murad Məmmədovun atası Yaşar Məmmədov müsahibəsində deyib.

“Mən özüm də hərbçi olmuşam, uzun illər Vətənə xidmət etmişəm. Hərbçi peşəsinə sevgi oğluma da məndən keçmişdi. O, hər zaman xidmətdə fərqlənən hərbi qulluqçulardan idi. Xarakterinə görə isə xüsusi hörmət qazanmışdı. Təəssüf ki, biz Murad kimi bir neçə peşəkar hərbi qulluqçunu faciəvi hadisədə itirdik. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm”, - deyə şəhidin atası bildirib. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR