09.06.2025, 13:25
AZ EN
15.02.2023, 15:46 405

Şəhid övladları “STEAM” mərkəzində

XƏBƏRLƏR
  • Bu gündən “STEAM İnnovasiya Mərkəzi” ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəbləri üçün açıq elan edilib. Real televiziyasının verdiyi məlumata görə, mərkəzdə ilk fəaliyyətə başlayanlar 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın övladlarıdr. Müxtəlif yaş qruplarından olan 100-dən çox şagird burada müxtəlif sahələr üzrə yeni texnologiyalarla öz bilik və bacarıqlarını artıracaqlar. Qeyd edək ki, mərkəz tərəfindən “Sabahın alimləri” müsabiqəsinin keçiriləcəyi də gözlənilir.

Məlumat üçün bildirək ki, Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışı ötən ay olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

“STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Binanın tutumu eyni zamanda 300 ziyarətçini qəbul edə biləcək səviyyədədir.

"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərovun dediyinə görə, layihə dördüncü ildir ki, ölkəmizdə tətbiq olunur.

Mina RƏŞİD

Oxşar xəbərlər