22.11.2024, 00:57
AZ EN
23.01.2023, 13:38 234

Gorus sakini doğma kəndinə qayıtmaq istəyir

XƏBƏRLƏR
  • Gorus deyiləndə, babam Ağalar bəy, Qaçaq Nəbinin Həcərini evində dəfələrlə qonaq edən nənəm Zinyət xanım gözümün önünə gəlir. Saf suyu, təmiz havası, bir-birindən dadlı meyvələri olan doğma yurdumuzu - Qurdqulaq kəndini tez-tez yuxularımda görürəm.

Bunu 1989-cu ilin sentyabrında Qərbi Azərbaycanın Gorus rayonundakı Qurdqulaq kəndindən ölüm təhdidləri ilə çıxarılan sonuncu azərbaycanlılardan olan Fazil Ağayev deyir.

O, hələ 1918-ci ildə Gorusda azərbaycanlıların yaşadığı 45 kəndin olduğunu xatırladır. 1920-ci illərdən başlayaraq həmin kəndlərin adlarının erməniləşdirildiyini, bir hissəsinin ləğv edildiyini, 1988-ci ildə isə azərbaycanlıların yaşadığı cəmi 5 kəndin qaldığını bildirir: “Soydaşlarımız yaşayan Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər kəndləri sonuncu qala kimi qalmışdı. Azərbaycanlı əhalinin işləmək hüququna hər vasitə ilə mane olan, dövlət siyasətinə çevrilən diskriminasiya 1988-ci ildə ən yüksək səviyyəyə çatmışdı”.

Həmin il fevralın əvvəllərindən Gorusda azərbaycanlılara qarşı fiziki və mənəvi təzyiqin geniş vüsət aldığını bildirən Fazil Ağayev deyir: “Belə hücumlardan birində kənd sakini İmran Mirmusayev ağır yaralandı, həmkəndliləri onu çətinliklə Azərbaycana keçirərək ölümdən xilas etdilər. Bir il bu şəraitdə yaşadıq və pisi o idi ki, gedib Bakıdakı dövlət orqanlarında dərdimizi deyən adamları təxribatçılıqda günahlandırır, “xalqlar dostluğu”na kölgə salmaqda qınayırdılar”.

Son illər azərbaycanlıların Qərbi Azərbaycana qayıdacağı ilə bağlı Prezident İlham Əliyevin verdiyi bəyanatların çoxları kimi onun da ümidini artırdığını bildirən Fazil Ağayev, nikbindir və Gorusa dönəcəyinə inanır. (AZƏRTAC)

Oxşar xəbərlər