25.04.2025, 09:53
AZ EN
11.04.2025, 07:00 213

Qahirədə “Yaşıl dünya naminə həmrəylik” mövzusunda kitabça nəşr olunub

XƏBƏRLƏR
  • Qahirə şəhərində Fəhmi Paşa sarayının nəzdində yaradılmış Xarı Bülbül mərkəzində “Yaşıl dünya naminə həmrəylik. Azərbaycan və dayanıqlılıq mədəniyyəti” adlı nəşrin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan səfirliyinin və diasporunun, yerli ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qahirədə yaşayan diaspor fəalı, “Azərbaycanı kəşf et!” layihəsinin rəhbəri Sədaqət Əliəşrəf bu il beş illiyini qeyd edəcək bu layihə barədə qonaqlara məlumat verib. Bildirilib ki, bu çərçivədə Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə rəsm müsabiqələri keçirilib, eləcə də kitabçalar nəşr olunub. Bu qəbildən olan “Yaşıl dünya naminə həmrəylik. Azərbaycan və dayanıqlılıq mədəniyyəti” adlı növbəti maarifləndirici nəşrin müəllifi ICESCO-nun gənc sülh səfiri, Misirin Ayn Şəms Universitetinin Tibb fakültəsində təhsil alan azərbaycanlı gənc Sandi Salemdir.

Kitabçada ölkəmizdə keçirilmiş COP29 konfransı və dayanıqlılıq mədəniyyəti haqqında yazılar, eləcə də “Azərbaycanı kəşf et!” layihəsinin misirli qalibləri haqqında məlumatlar və onların əl işlərinin fotoları təqdim olunur. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR