11.03.2026, 15:38
AZ EN
11.03.2026, 13:19 203

Xocalının Xanabad kəndinə növbəti köç olub

QARABAĞ
  • Martın 11-də Xocalı rayonunun Xanabad kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 103 nəfərdən ibarət 21 ailə doğma yurduna qayıdıb.

Xocalı şəhərində sakinlərə yeni mənzillərin açarları təqdim olunub.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev bildirib ki, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma işləri günbəgün sürətlənir və həyata keçirilən layihələrin əsas məqsədi keçmiş məcburi köçkünlərin qısa müddətdə doğma torpaqlarına qayıdışını təmin etmək, bölgədə dayanıqlı yaşayış mühiti yaratmaqdır. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və quruculuq proqramları çərçivəsində yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır və əhalinin rahat yaşayışı üçün bütün zəruri şərait təmin olunur. Xanabad kəndinə köçürülən ailələr üçün bərpa edilmiş fərdi yaşayış evləri bütün zəruri kommunal xidmətlərlə təmin olunub.

Doğma yurdlarına qayıdan sakinlər isə dövlət tərəfindən yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını qeyd ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər