19.10.2024, 18:36
AZ EN
30.07.2023, 12:19 213

30 iyul şəhid mayor Əhməd Abdullayevin doğum günüdür

XƏBƏRLƏR
  • Yolu Vətəndən başlayan hər bir oğul, elə ilk gündən canını çox sevdiyi Vətənə qurban verəcəyinin qüruru ilə yaşayır sonrakı illərini. Necə deyərlər, əksiksiz, qüsursuz. Hərbdə qüsur olmaz, qüsur olarsa, Vətən torpağını qorumaq da mümkün olmaz. Bu amalla yola çıxmışdı Əhməd. Vətən torpağının işğaldan azad ediləcəyinin, bir gün mütləq azad ediləcəyinin xəyalı ilə yaşayır, hərbin sirlərinə daha dərindən öyrənməyə çalışırdı...

Əhməd Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.

Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə ) keçirilən hərbi təlimlərdə iştirak edib.

2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.

2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun mayoru olan Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Mayor Əhməd Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Onun yarımçıq qalan arzu və xəyallarını isə Azərbaycan Ordusunun igid oğulları gerçəkləşdirərək torpaqlarımızı işğaldan azad etdi. İndi vətənsevər qəhrəmanımız Əhməd Abdullayevin ruhu Qarabağın aydın səmasında rahatdır...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər