O, açıqlamasında məcburiyyətdən doğma ocağı tərk etməyin böyük dərd olduğunu vurğulayıb:
"Həqiqətən, məcbur olub yurddan köçmək ağır dərddir, neçə il bu ağrı-acı ilə yaşadıq. Çox sevinirik ki, yurd həsrətinin ağrı-acısı artıq geridə qaldı. Buraları tərk edəndə 42 yaşında idim, dörd övladım vardı. İndi geriyə nəvələrimlə birlikdə döndüm. Bu günə şükür olsun". (Report)