24.11.2024, 19:14
AZ EN
28.08.2024, 17:19 258

Şuşada Kərim Kərimlinin 400-cü qonağı Avropadan gəlib...

QARABAĞ
  • Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Artıq sakinlər mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdırlar. Doğma ocağına qayıdanlar arasında tanınmış jurnalist Kərim Kərimli də var. Onun Şuşaya qayıdandan sonrakı hekayəti daha fərqli və maraqlıdır. Belə ki, jurnalist Şuşaya qayıtdıqdan sonra istəyən hər kəsi qonaq qəbul edə biləcəyini bildirib.

Odur ki, Qarabağda təbiətdən tutmuş aparılan quruculuq işlərinə qədər hər şeyin mükəmməl olduğunu deyən Kərim Kərimlinin qonaqlarının ardı-arası kəsilmir. Bu gün jurnalist öz FB səhifəsində artıq 400-cü qonağını da qarşıladığını paylaşıb.

“Dörd yüzüncü qonağımız Avropadan gəldi!

Amma elə bildim Ağcabədidən gəlib!

Elə bildim Hindarxdan gəlib!

Elə bildim İmanlardan gəlib!

Elə bildim Laçından gəlib!

Elə bildim Şuşadan gəlib!

"Xudafərin" jurnalının və saytının yaradıcısı, "Azərbaycanın dostları" Beynəlxalq Cəmiyyətinin qurucusu və rəhbəri tanınmış ictimai xadim, Azərbaycanın nailiyyətlərini xarici ölkələrdə təbliğ edən yazıçı və jurnalist Elman Mustafazadə oğlu Babək və Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri, ictimai xadim, şair və jurnalist Tahirə Məmmədova xanımla birlikdə gəlmişdi.

Şuşanı, demək olar ki, başdan başa gəzdilər, sonra Laçına, Xankəndinə, Xocalıya, Ağdama... getdilər.

Görüşümüzdən məmnun oldum.

Elman bəy özünün tərtib etdiyi Ənvər Börüsoyun kitabını, Tahirə xanım isə şəxsi yaradıcılığının nümunələri olan iki kitabı "Şuşa kitabxanası"na bağışladılar.

Mən isə bu görüşü xatirəyə çevirəcək, yaddaşda saxlayacq kiçik bir Şuşa hədiyyəsi təqdim etdim: "Onun adı Şuşadır!"

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər