17.01.2026, 20:26
AZ EN
30.12.2025, 11:50 212

Professor Elçin İsgəndərzadə İlin Alimi seçilib

XƏBƏRLƏR
  • Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasından həmin Akademiyanın Azərbaycan təmsilçiliyinə verilən məlumata görə, 2025-ci ildə Beynəlxalq elmi xülasələndirmə bazalarının nəticələrinə görə Azərbaycan Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə elmi məhsuldarlıq reytinqinə görə Türkdilli ölkələrin alimləri içərisində İlin Alimi seçilib.

Akademiyanın məlumatına görə, bu il Elçin İsgəndərzadənin müxtəlif ölkələrdə və dillərdə 8 monoqrafiyası çap olunub, 5 ixtira üçün patent alıb, beynəlxalq nüfuzlu nəşrlərdə 43 məqaləsi yayınlanıb. Bildirilir ki, həmin məqalələrdən 17-si ABŞ, Almaniya, İsveçrə, Çin, Rusiya və digər ölkələrdə dərc olunan Springer, Scopus və Web of Science bazalarında çap olunub. H indeksi göstəricisinə görə də, görkəmli alimin nəticəsi bu il 11 vahid yüksəlib.

Eyni zamanda bu günlərdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayevin şəxsi təşəbbüsü ilə Elçin İsgəndərzadə Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü seçilib, "İlin mühəndisi" fəxri adı və medalı ilə təltif edilib və dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" elmi-texniki jurnalının redaksiya şurasına üzv qəbul olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər