23.06.2025, 12:50
AZ EN
14.06.2023, 17:16 312

30 il Qubadlının əsrarəngiz gözəlliyinə həsrət qalan Cəfərovlar ailəsinin sevinci hədsizdir bu gün

XƏBƏRLƏR
  • Qubadlı rayonunun Mahruzlu kəndinin təməlinin qoyulacağını eşidən Əhəd Cəfərov əllərini göylərə qaldırıb Allaha şükürlər edib deyir ki, şükür sənə İlahi, çox şükür. Bu isə 30 ilin həsrətindən sonra doğma kəndinə qayıdış xəbərinin xoşbəxtliyidir. Prezident İlham Əliyevin iştirakı ilə  kəndin təməlinin qoyulması xəbərinə ən çox sevinənlərdən biri də Cəfərovlar ailəsidir.

Allahdan şəhirdlərimizə rəhmət, qazilərimizə cansağlığı istəyən Rəhilə Cəfərova deyir ki, onların valideynlərinin qarşısında baş əyirəm. Ona görə ki, Prezidentimizlə birgə bu sevinci bizə yaşatdılar.

Televizorda baxdım, kəndimizin təməli də qoyuldu, ailəlikcə hamımız buna çox sevindik, sevindik ki, biz yenidən o doğma el-obamıza qayıdıb, orda yaşayacağıq.

Bir tərəfdən Həkəri çayı,  digər tərəfdən isə çinar meşələri. Əhəd Cəfərovun gözünün qabağından getmir doğma torpağının bənzərsiz mənzərəsi. Uzun illər həsrətində olduğu torpağa bu şəkillərdən baxıb, həm qəlbinə su səpilib, həm də gəncliyini xatırlayıb ki, canında güc, təpər tapsın o yurd yerlərinə yenidən qayıtmaq üçün. İndi kəndləri azad olsa da əvvəlki görünüşündən əsər-əlamət qalmayıb. O, deyir ki, kəndin təkcə adı qalıb, uçulub, dağıdılıb, yerlə-yeksan olub vandallar tərəfindən, qəbirlərə belə vəhşiliklə yanaşıblar insanlıqdan nəsibi almayan ermənilər.

Rəhilə nənə deyir ki, bir arzum var ki, bax bu yaşımda nəvələrimi yığam başıma, gedəm o doğma yurdumuzda, gözəl kəndimizdə, Həkəri çayının kənarında, o çayın şırıltısına qulaq asa-asa nəvələrimi böyüdəm, ömrümün sonuna kimi orada yaşayam.

Əlbəttə, kənddə yaşayan əhali üçün məktəb, inzibati bina, klub, icma mərkəzi və s. hər cür şərait yaradılacaq. Necə ki, Ağalıda, Laçında yaradılıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər