20.04.2025, 05:51
AZ EN
23.02.2024, 08:19 361

Şuşa RİH-in başçısı sakinlərin növbəti səyyar qəbulunu keçirib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti səyyar qəbulu Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə keçirilib.

RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıdan, Şuşa rayonun ərazisində aparılan abadlıq, quruculuq işlərindən danışıb.

Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təminat, onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Bir sıra məsələlər yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Rayon sakinləri işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər