Bunu rayonun Badara kənd sakini Elnur Şahməmmədov deyib.
O, geri qayıtdıqları kəndləri ilə bağlı arzularının olduğunu bildirib:
"Kəndə qayıdanların çoxu əvvəllər bu torpaqları görməsə də, Badaraya qürurla gedirik. Təbii ki, bizim də kəndimizlə bağlı xeyli arzumuz var. Ən böyük arzum övladlarıma və digər uşaqlara bu yerlərin tarixini aşılamaq, vaxtilə əhalinin başına gətirilən müsibətləri unutdurmamaqdır". (Report)