Bu sözləri müsahibəsində Xocavənd rayonunun Sos kəndinə köç edən keçmiş məcburi köçkün İbrahim Nəcəfov deyib.
O, uşaq yaşlarında didərgin düşdüyünü, indi isə valideyn kimi, öz övladları ilə birlikdə qayıtdığını bildirib. "Övladlarımdan birinin üç, digərinin isə altı yaşı var. Onlar mənim yaşaya bilmədiyim günləri yaşayacaq, görmədiyim gözəllikləri görəcəklər. Bu, mənim üçün həm sevinc, həm də təsəllidir", - deyə İ.Nəcəfov əlavə edib. (AZƏRTAC)