İnstitutdan bildirilib ki, kitabda “Əkinçi” qəzetində məqalələri çap edilmiş bütün müəlliflərin tam siyahısı və onların əksəriyyəti haqqında qısa məlumat verilib. Həsən bəy Zərdabinin tərtib etdiyi “Türk nəğmələri” və Ələkbər Heydərinin “Qəzet və müxbirlik” kitabçaları ilk dəfə transfoneliterasiya olunaraq çap edilib. Kitabda “Əkinçi” qəzetinin digər üzvlərinin də indiyə qədər çap olunmuş və olunmamış əsərləri yer alıb.
Yeni nəşrin elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçisi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Eldost İbrahimovdur. (AZƏRTAC)