15.09.2025, 05:55
AZ EN
17.07.2023, 09:57 401

Ermənilər azyaşlı uşaqları da döyüşə göndərməyə hazırdırlar...

XƏBƏRLƏR
  • “…Mənim oğlum da döyüşməyə hazırdır. Bizdə hər evdə avtomat var. Siz burdasınız, qoy sülh olsun. Əgər siz olmayacaqsınızsa, biz hazırıq”.

Xocavəndli erməni bu ərazidə müvəqqəti xidmət etməyə gəlmiş Rusiya sülhməramlısına etirazını belə bildirir. 44 günlük müharibədən sağ çıxmış digər soydaşları kimi indi o da yenidən “pələngə” dönüb, ağılsız başını növbəti dəfə dəmir yumruğun altına qoymaq istəyir. Özü cəhənnəmə, azyaşlı oğlunu da mənfur niyyətinə qurban verməyə hazırdır.

Erməni ailələr övladlarını körpəlikdən türkə, azərbaycanlıya nifrət ruhunda böyüdürlər – biz bunu çoxdan, lap çoxdan bilirik. Amma iki yüz ilə yaxın müddətdə bu cılız düşüncəli toplumun qarşısında daim öz böyüklüyümüzü nümayiş etdirmişik, onlara kin bəsləmək əvəzinə mərhəmət göstərmişik, tanrının yaratdığı məxluqların ən yaramazı olsalar da, “allahın ermənisi” adlandırıb günahlarından keçmişik...

Ötən əsrin sonlarında öz havadarlarının köməyi ilə başımıza gətirdikləri müsibətlərdən sonra bu toplumun, insan yığnağının nə dərəcədə zalım, amansız, qaniçən olduğunu dərindən dərk etdik. Onların bizə yaşatdığı məşəqqət və iztirablara otuz il dözdük... Nəhayət, xalqımızın qüdrətli rəhbəri və qəhrəman övladları bu “vəhşi tayfa”nın dərsini verdi,  dəmir yumruğu başına endirib, onu işğal etdiyi torpaqlarımızdan iti qovan kimi qovdu.

Bir ovuc qalıblar, dörd bir yandan nəzarətimizdədirlər. Amma Rusiya sülhməramlılarının müvəqqəti himayəsində hələ də xam xəyallardan əl çəkmirlər. Öz azyaşlı uşaqlarını sülhə yox, döyüşə hazırlamaları onların vəhşi xislətinin aydın təzahürüdür. Görünür, Qarabağdakı erməni uşaqlarını öz atalarının yoldundan döndərmək, sivil  cəmiyyətə inteqrasiya etmək missiyasını da biz yerinə yetirməliyik. 

Bunu da bacaracağıq!

VİDEO: https://www.youtube.com/shorts/7OznYQ0gKL8

 

Oxşar xəbərlər