22.04.2025, 02:09
AZ EN
21.04.2025, 22:15 106

İğdırda erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsi anılıb

XƏBƏRLƏR
  • Türkiyənin İğdır vilayətinin Xakmehmet kəndində 1919-cu ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş onlarla dinc sakinin xatirəsinə həsr olunmuş

anım mərasimi keçirilib.

Ermənilərin kütləvi cinayətlərindən və vəhşiliklərindən 106 il sonra bu türk kəndində şəhidlərin nəvələri və Azərbaycan diasporunun nümayəndələri bir araya gəliblər.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal mərasim iştirakçılarına müraciətində bildirib ki, ermənilərin qanlı cinayətlərinin qurbanlarına həsr olunmuş abidələr qondarma “erməni soyqırımı” uydurmasının yalan olduğunu açıq şəkildə göstərir.

“1915-ci il hadisələri ilə bağlı yalanların növbəti ildönümündə ermənilər yenə də antitürk isteriyasını qızışdırmağa çalışacaqlar. Ancaq həqiqət ondan ibarətdir ki, məhz ermənilər türklərə qarşı soyqırımı törədiblər. İğdırın kəndlərində, o cümlədən Xakmehmet, Akmamet, Oba, Tuzluca, Gedikli, Koçkıran, Yaycı, Kazancı kəndlərindəki kütləvi məzarlıqlar minlərlə İğdır sakininin faciəsinin şahididir”, – deyə TADDEF sədr müavini vurğulayıb.

“Soyqırımı faktlarını görmək istəyən hər kəsi 1912–1920-ci illərdə ermənilərin qanlı cinayətlər törətdiyi İğdıra dəvət edirəm. Təəssüf ki, eyni vəhşiliklər sonralar Xocalıda da təkrarlandı”, - deyə Serdar Ünsal əlavə edib.

O xatırladıb ki, dövlət strukturlarının təşəbbüsü Xakmehmet, Akmamet və Oba kəndlərində aparılan qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar edilib və erməni cinayətlərinin qurbanlarına abidələr ucaldılıb.

Yerli sakinlərin sözlərinə görə, 1919-cu ildə erməni quldur dəstələrinin üzvləri Xakmehmet kəndinin bütün kişilərini güllələyib və süngülərlə qətlə yetiriblər, cəsədləri isə 13 metr dərinliyindəki quyuya atıblar. Sümüklər yerli və xarici media nümayəndələrinin iştirakı ilə iki gün ərzində quyudan çıxarılıb.

Qazıntılar nəticəsində erməni quldur dəstələrinin qətlə yetirdiyi 83 nəfərdən 51-nin qalıqları tapılıb. Qalanların aqibəti bu günədək naməlum olaraq qalır. (AZERTAC)

Oxşar xəbərlər