09.06.2025, 18:08
AZ EN
14.04.2025, 14:42 233

“Vətənin tərənnümü” adlı rəsm yarışması elan olunur

XƏBƏRLƏR
  • 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə AZƏRTAC-ın Uşaq Bilik Portalı və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması elan olunur.

8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, milli adət-ənənələrin geniş təbliğidir. Müsabiqə “Vətən mövzusunda ən yaxşı rəsm” (A3 formatda, şəkillərin sayı 3-ə qədər olmalıdır, akvarel boyası ilə çəkilməlidir) nominasiyası üzrə keçiriləcək.

Yaradıcılıq işlərində iştirakçının soyadı, adı və atasının adı, şəhər və rayon, məktəb və sinif, həmçinin telefon nömrəsi göstərilməli, işlər usaqbilikportali@gmail.com elektron poçtuna göndərilməlidir. Müraciət üçün son tarix 22 may 2025-ci ildir.

Qaliblər 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində elan olunacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər