Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəbul zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub. Araşdırma tələb edən digər müraciətlər üzrə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Qəbulda həmçinin Ağdam Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak ediblər.
Görüşün sonunda sakinlər onlara yaradılan bu şəraitə və göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.