İsgəndər Allahverdiyev Nəsir oğlu 1999-ci il 2 aprel tarixində Qax rayonunun Şotavar kəndində anadan olub. 2005-2016-cı illərdə Qax rayon tam orta məktəbində təhsil alıb.
2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini uğurla başa vurub.
Azərbaycan Ordusunun əsgəri olan İsgəndər Allahverdiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə olub. İsgəndər Allahverdiyev noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" , "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ