Bu sözləri açıqlamasında aprelin 2-də Kəlbəcərə növbəti köç karvanı ilə yola düşən rayon sakini, keçmiş məcburi köçkün İman İbrahimov deyib.
İllərin həsrətini arxada qoyan həmsöhbətimiz hisslərini bu cür ifadə edib: “Onilliklər boyu hər gecə yuxumuzda o uca dağları, zümrüd meşələri, buz bulaqları görmüşük. O həsrət bizi heç vaxt tərk etmədi. Amma qəlbimizdə sönməz bir inam var idi – bilirdik ki, nə vaxtsa o yollar yenidən açılacaq, ayağımız doğma torpağa dəyəcək. Bu gün həmin o müqəddəs arzunun gerçəkləşdiyi gündür. Biz Kəlbəcərə yeni nəfəs verməyə, yenidən həyat qurmağa və yurdumuzu dirçəltməyə qayıdırıq”. (AZƏRTAC)