02.04.2026, 14:36
AZ EN
02.04.2026, 12:59 61

Elşən Kərimov: "Uşaqlıqdan burda yaşamağın arzusunda olmuşam"

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülən vətəndaşlarımızdan biri də Elşən Kərimovdur.

Xocalıda məskunlaşdıqdan sonra işlə təmin olunmaq üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan əmək yarmarkasında iştirak edən Elşən Kərimov burada təqdim olunan vakansiya üzrə işə götürülmək üçün bir müddət peşə təlimlərinə cəlb olunub.

O, hazırda SOCAR-ın "Azəriqaz“ İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsində təmirçi-çilingər vəzifəsində işləyir.

Özü barədə deyir:

"Mən Kərimov Elşən Əzim oğlu Laçın rayonunun Fərrux kəndində anadan olmuşam. 1992-ci ildə məcburi köçkün düşmüşük. Burdan çıxanda 1 yaşım olmasına baxmayaraq, mən həmişə bura qayıtmağın arzusunda olmuşam.

Vətən müharibəsində qazanılan zəfərdən sonra Böyük Qayıdış Proqramı həyata keçirilməyə başlanıldı. Bura da böyük köç oldu. Hal-hazırda burda ailəmlə birgə yaşayıram. Bura köçəndən sonra təbii ki, bir işlə məşğul olmaq lazım idi. Buna görə də Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Məşğulluq Agentliyi ilə "Azəriqaz" İstesalat Birliyinin birgə təşkil etdiyi "Əmək yarmarkası"nda iştirak elədim. Baxdım ki, vakansiyalar var, bacardığım peşənin birinə müraciət elədim. İki ay peşə hazırlıq kursunda iştirak etdikdən sonra məni işə götürdülər. Hal-hazırda bir aydır   SOCAR-ın "Azəriqaz“ İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsində təmirçi-çilingər vəzifəsində işləyirəm.

Burdan işsiz insanlara üzümü tutub deyirəm ki, gedin, Dövlət Məşğulluq Agentliyinə müraciət eləyin "Əmək yarmarka"larında, peşə hazırlıq kurslarında iştirak edin. Özünüzə uyğun peşəyə yiyələnib işləyin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər