19.10.2024, 19:26
AZ EN
30.10.2023, 17:04 176

Ağdamda Prezident İlham Əliyevə həsr edilmiş kitabların təqdimatı keçirilib

QARABAĞ
  • Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun müəllifi olduğu ölkə baççısı, Prezident İlham Əliyevin 20 illik prezidentlik dövrünə həsr olunmuş “Dünyanın tanıdığı İlham Əliyev”, “Xilaskar İlham Əliyev” və “İlham Əliyev öndədir” kitablarının təqdimat mərasimi keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş tədbirdə RİH-nin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər təqdim olunan kitabların mahiyyətindən, İlham Əliyevin 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən, onun bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimi olmasından, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusunun 30 illik işğala son qoymasından bəhs etmişlər.

Tədbirin sonunda kitabların müəllifi, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək tədbirin təşkilinə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər