Bunu Gürcüstan azərbaycanlılarının növbəti qrupu ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Ramilə Əliyeva deyib.
"Düşünürəm ki, Qarabağa səfər edən hər kəs Qarabağın az müddətdə necə gözəlləşdiyini öz gözləri ilə görür. Qarabağ yaxın bir zamanda dünyanın ən gözəl ərazilərindən biri olacaq. Dünyanın müxtəlif yerlərindən insanlar burada dincəlmək üçün gəlməyə can atacaqlar", - o qeyd edib.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir. Birinci qrup ötən günlər Şuşa, Xankəndi və Ağdam şəhərlərində səfərdə olublar. İkinci qrup sabah Şuşa və Ağdam şəhərlərində səfərdə olacaqlar. (Trend)